Aprelin 18-də Tərtər rayonunda baş verən mina partlayışı nəticəsində mülki vətəndaş xəsarət alıb və nəticədə müharibə bitdikdən sonra mina qurbanlarının sayı 291 nəfərə çatıb.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Tərtərdə 43 yaşlı kişi minaya düşüb
Bildirilib ki, Ermənistanın basdırdığı minaları Azərbaycan vətəndaşlarını öldürməyə və şikəst etməyə davam edir. Ermənistan hələ də dəqiq mina xəritələrini verməkdən imtina edir.
Bizim.Media