Ceyhun Bayramov İƏT-in Baş katibinə Ermənistanın son təxribatlarından SÖZ AÇDI 

Hazırda oxunan: Ceyhun Bayramov İƏT-in Baş katibinə Ermənistanın son təxribatlarından SÖZ AÇDI 

131531

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə telefon danışığı baş tutub. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb. 

Tərəflər ilk öncə, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə ən xoş arzularını və təbriklərini çatdıraraq bütün İslam dünyasına sülh və firavanlıq diləyiblər.
Telefon danışığı zamanı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. 

Nazir Ceyhun Bayramov, ölkəmizin Təşkilatla faydalı və səmərəli əməkdaşlığından bəhs edərək bu əməkdaşlığın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla davam etdirildiyini diqqətə çatdırıb.  

Tərəflər keçirilən birgə tədbirlərin uğurlu təşkilinə istinad edərək, cari ilin mart ayında Mavritaniyada baş tutmuş İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasının nəticələri, qəbul edilmiş qərarlar və növbəti addımlardan söz açıb. 

Telefon danışığı zamanı nazir Ceyhun Bayramov Azərbaycanın keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, o cümlədən ölkəmizin regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərindən bəhs edərək sülh gündəliyi üzrə atılan addımlar barədə qarşı tərəfi məlumatlandırıb.

Ermənistanın ölkəmiz tərəfindən atılan müsbət addımlar fonunda əksinə vəziyyəti gərginləşdirən təxribatlarından söz açıb. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. 
Həmçinin, Azərbaycan hökuməti tərəfindən işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası və inkişafı məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verən nazir Ceyhun Bayramov Təşkilat daxilində dost və qardaş ölkələrdən olan nümayəndələri sözügedən layihələrdə iştiraka dəvət edib. Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin