İrəvanda əsir saxlanılan Hüseyn Axundov qətldə İTTİHAM OLUNUR

Hazırda oxunan: İrəvanda əsir saxlanılan Hüseyn Axundov qətldə İTTİHAM OLUNUR

131517

Ermənistanın əsir saxladığı Azərbaycan hərbçisi Hüseyn Axundova qarşı növbəti cinayət işi açılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda əsir saxlanılan əsgərlərimizə qarşı cinayət İŞİ AÇILDI - FOTO


Bildirilib ki, güya H. Axundov Zəngəzur mis-molibden kombinatının gözətçisini qətlə yetirib. 

Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Qarakilsə (Sisyan) rayonunun Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Zəngəzur rayonunda saxlanılıb və 2 yerli sakin tərəfindən vəhşicəsinə döyülüb. Bununla bağlı sosial şəbəkələrdə çox saylı video və fotolar yayılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin