“29 il əvvəl Xocalıda vəhşicəsinə qətlə yetirilən Azərbaycan türkü qardaşlarımızın ağrısını ürəyimizdə yaşamağa davam edirik”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşımında bildirilib.
“Beşikdəki körpələri belə öldürməkdən çəkinməyən caniləri unutmadıq və unutdurmayacağıq! Xocalıda şəhid olan bütün soydaşlarımıza Allahdan rəhmət diləyirik!”, - deyə qeyd olunub.
Bizim.Media
29 yıl önce Hocalı’da vahşice katledilen Azerbaycan Türkü Kardeşlerimizin acısını yüreğimizde yaşamaya devam ediyoruz. Kundaktaki bebekleri bile katledecek kadar canileşenleri ise unutmadık, unutmayacağız! Hocalı’da şehit edilen tüm soydaşlarımıza Allah’tan rahmet diliyoruz.???? pic.twitter.com/NsrNgsmgQc
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) February 26, 2021