Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş zamanı Ermənistanda saxlanılan iki hərbçimizin məsələsini müzakirə edib.
Bizim.Media xəbər verir ki, nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.
Xatırladaq ki, aprelin 10-da Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda iki hərbçinin azaraq itkin düşməsi barədə məlumat yayıb. Onlardan biri aprelin 10-da Qarakilsə (Sisyan) rayonunun Bnunis kəndi yaxınlığında aşkar edilərək saxlanılıb. Aprelin 13-də Naxçıvandan sərhədi keçən ikinci Azərbaycan əsgəri Zəngəzur rayonunda saxlanılıb və 2 yerli sakin tərəfindən vəhşicəsinə döyülüb. Bununla bağlı sosial şəbəkələrdə çox saylı video və fotolar yayılıb.
Bizim.Media