Əsgərlərimizə və bayrağımıza qarşı TƏXRİBATLARIN PƏRDƏARXASI – Paşinyanın məqsədi nədir?

Hazırda oxunan: Əsgərlərimizə və bayrağımıza qarşı TƏXRİBATLARIN PƏRDƏARXASI – Paşinyanın məqsədi nədir?

131200

Son günlər Ermənistanın Azərbaycana qarşı təxribatlarının artdığı göz önündədir. Ermənilər sərhədi azaraq Ermənistana keçən Azərbaycan əsgərinə qarşı vəhşi hərəkət etməklə yanaşı, beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması kimi vandal hərəkətlərə də yol verirlər. Aydın məsələdir ki, ermənilər tərəfindən törədilən bu iki vandal və vəhşi hərəkət bilərəkdən atılmış addımlardır. Onun arxasında İrəvanda ən yüksək səviyyədə hesablanmış hansısa pərdəarxası məqamlar dayanır. 

Görəsən, Paşinyan hakimiyyəti bu cür addımlar atmaqla nəyi hədəfləyir?

Bizim.Media-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib ki, Ermənistan hakimiyyətinin bu kimi təxribatlara yol verməkdə məqsədi sülh sazişinin imzalanmasının qarşısını almaqdır:
 

MÖVZU İLƏ BAĞLI:

İrəvanda əsir saxlanılan əsgərlərimizə qarşı cinayət İŞİ AÇILDI - FOTO


“Ermənilərin törətdiyi son təxribat hadisələri nə Ermənistan xalqına, nə də Paşinyan hakimiyyətinə başucalığı gətirməyəcək. 

Azərbaycan əsgərinə qarşı törədilən qəddarlıq və Azərbaycan bayrağının yandırılması Bakı ilə İrəvan arasında hazırlanmaqda olan sülh müqaviləsinin bağlanmasını əngəlləyə bilər. Deməli, həmin törədilən qəddarlığın məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin pozulmasına hesablanmış addımdır. 

Görünən odur ki, Paşinyanın da son aylar atdığı addımlarda məqsədi sözügedən sülh müqaviləsinin ləğvinə, onun gecikdirilməsinə nail olmaqdı. Bayrağımızın yandırılması və əsgərimizə qarşı törədilən vəhşi hərəkətlə Paşinyanın atdığı addımların məqsədinin eyni olduğunu nəzərə alsaq, baş nazirin də həmin təxribatlarda maraqlı olduğunu görə bilərik. Bayrağı yandıran erməninin Paşinyanın arvadı Anna Akopyanla yaxın münasibətlərdə olduğu da bəllidir. 

Belə vəziyyət onu deməyə əsas verir ki, bu və ya digər dərəcədə Paşinyanın da son təxribatlarda əli olub və yaxud hadisə onun tərəfindən istiqamətləndirilib.

Məqsəd isə Azərbaycanla Ermənistan arasında münasibətlərin daha da pozulmasına və nəticədə sülh müqaviləsinin imzalanmamasına nail olmaqdır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin