“Türkiyənin regionun güclənməsi istiqamətində atdığı addımların Azərbaycan xalqı üçün faydasını 44 günlük qəhrəmanlıq dastanı yazıldığı vaxt gördük”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyən hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş keçirdiyi mətbuat konfransında çıxışı zamanı bildirib.
N. Kurtulmuş qeyd edib ki, Türkiyənin beynəlxalq aləmdə nüfuzu, milli müdafiə sənayesi bu dövlətin bütün imkanları ilə Azərbaycanın yanında olmasına şərait yaratdı:
“Nəticədə beynəlxalq təşkilatların, o cümlədən Minsk Qrupunun 30 il ərzində bu istiqamətdə heç bir addım atmadığı məsələ Türkiyənin köməyi və Azərbaycanın mübarizəsi ilə həllini tapmışdı. İnşallah, Qarabağ sonsuzadək Azərbaycanın olaraq qalacaq”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
07:29 / 16.04.2023
Numan Kurtulmuş: "Türkiyənin Azərbaycan üçün nə qədər vacib olduğunu Vətən müharibəsində gördük"
Hazırda oxunan: Numan Kurtulmuş: "Türkiyənin Azərbaycan üçün nə qədər vacib olduğunu Vətən müharibəsində gördük"
Hazırda oxunan: Numan Kurtulmuş: "Türkiyənin Azərbaycan üçün nə qədər vacib olduğunu Vətən müharibəsində gördük"
131004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.