“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını qətiyyətlə pisləyirik”.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "twitter"də yazıb.
O bildirib ki, Ermənistan təhlükəsizliyinin təmin olunması üçün vəd versə də, mənfur hərəkətin qarşısının alınması üçün heç bir addım almayıb:
“Ermənistan danışıqlar prosesinə də bu cür yanaşır, söz verir, amma əməl etmir”.
Xatırladaq ki, ötən gün İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı azarkeşlərdən biri Azərbaycan bayrağını yandırıb. Bununla əlaqədar Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi birgə bəyanat yayaraq bildirib ki, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:21 / 15.04.2023
"Danışıqlar prosesinə də bu cür yanaşırlar" - Deputatdan bayrağımızın yandırılmasına ETİRAZ
Hazırda oxunan: "Danışıqlar prosesinə də bu cür yanaşırlar" - Deputatdan bayrağımızın yandırılmasına ETİRAZ
Hazırda oxunan: "Danışıqlar prosesinə də bu cür yanaşırlar" - Deputatdan bayrağımızın yandırılmasına ETİRAZ
130911
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.