Rusiyada azərbaycanlı əsirlərin məsələsi QALDIRILDI

Hazırda oxunan: Rusiyada azərbaycanlı əsirlərin məsələsi QALDIRILDI

130769

Milli Məclisin sədri Sahibə Qafarova beynəlxalq təşkilatları bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə Ermənistanda işgəncə verilməsi, onlara qarşı edilən zorakılıq faktlarını araşdırmağa və bu məsələlərə müvafiq qiymət verməyə çağırıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən xəbərə görə, o, bu barədə Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində bu gün MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Əsgərlərin azad olunmaları ilə bağlı beynəlxalq təşkilatlara MÜRACİƏT OLUNDU


S.Qafarova deyib ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb:

"Sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər".

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin