Həlli 20 ildən artıq bir müddət ərzində Beynəlxalq təşkilatlar və Ermənistana dəstək olan ölkələr tərəfindən qəsdən uzadılanan Dağlıq Qarabağ probleminin buzu odlu silahların köməyi ilə nəhayət ki, bu bahar əriməyə başladı. Aprelin birindən - ikisinə keçən gecə düşmənin növbəti dəfə atəşkəs rejimini pozması, bu dəfə Azərbaycan ordusu tərəfindən nə gülüş, nə də zarafat kimi qarşılandı. Zarafat xa0vaxtı deyil, əgər üst-üstə gəlsək 1988-ildən bu günədək düz 28 ildir ki, başda Rusiya olmaqla güc dövlətləri Azərbaycanla məsxərəyə qoyulmuş adam kimi davranır. Məgər dünyaya tolerantlıq nümunəsi olan bir xalqı bu qədər gülünc vəziyyətdə saxlamaq bəs deyilmi?
xa0 xa0 xa0 xa0xa0
Maraqlıdır, bəs əslində nə baş verir, niyə dünya bu məsələnin birdəfəlik həll olunmasını indiyədək istəmir? Doğrudur, bu sualın cavabı müxtəlif formada hamıya çoxdan aydın olsa da, amma əsl həqiqət - bizim Rusiya və ABŞ-ın geosiyasi maraqlarının qurbanına çevrilməyimizdir. Bunu uzun-uzadı incələməyə heç ehtiyac da yoxdur. Çünki, bu günlərdə Azərbaycan ordusunun erməni qəsbkarlarının təxribatlarına layiqli cavab verdiyinə görə, bir sıra dünya ölkələri və Beynəlxalq təşkilatların qış yuxusundan ayılaraq və əmiranə şəkildə - "atəşi dərhal dayandırın, bu məsələnin güc yolu ilə həlli yoxdur" deyə çağırışlar etmələri, hər şeyi bir daha açıq-aydın sübut etdi.xa0
xa0 xa0 xa0 xa0
Bəs, o zaman neyləməli cənablar? Azərbaycan sülh yolunu əsas tutaraq Beynəlxalq hüquq normaları çərçivəsində öz torpaqlarında gəlmə bir xalqa öz ərazi bütövlüyü çərçivəsində ən böyük status vermək təklifini etdiyi halda, qarşı tərəfin bu təklifə məhəl qoymamasının cavabı kimi güc yolundan başqa daha hansı xa0yolu qalır?xa0
xa0 xa0 xa0 xa0
Baxın, əgər Ermənistan tərəfi BMT-nin 4 məlum qətnaməsinə məhəl qoymursa, üstəlik bu ölkənin prezidenti S.Sarkisyan yüksək kürsülərdən Dağlıq Qarabağı öz ölkəsinin ayrılmaz hissəsi elan edərək beynəlxalq hüququ və bu mənada bütün dünyanı barmağına dolayırsa, bu ölkənin Xarici İşlər naziri E.Nalbəndyan, müharibə başlayacağı təqdirdə Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək adı ilə qondarma respublikanın müstəqilliyini dərhal tanıyacaqları kimi siyasi manipulyasiyaya əl atırsa, belə bir tərəflə kompromisə gəlmək üçün, bəs hansı dildə danışmaq lazımdır? Əlbəttə ki, elə güc dilində.xa0
xa0 xa0 xa0 xa0
Məgər, Ermənistanın ağası Rusiya 90-cı illərdə öz ölkəsinin parçalanmaması üçün Çeçenstanda dağdan-dərəyə, dərədən-dağa doğru bu gücdən "eninə-uzununa" istifadə etmədimi? Əgər BMT-nin qəbul olunmuş nizamnaməsinin 51-ci maddəsinə diqqət yetirsək, sözsüz ki, bu hüquqa Azərbaycan dövlətinin də malik olduğunu görərik. Məgər, beynəlxalq hüquq normaları təkcə güc dövlətləri üçünmü yazılıb?
1945-ci ilin oktyabrında yaradılmış və qəbul olunmuş BMT-nin 51-ci maddəsində göstərilir ki, "hər bir dövlət özünün ərazi bütövlüyünü müdafiə etmək üçün istənilən anda hərbi gücdən istifadə edə bilər və hər bir dövlətin özünümüdafiə hüququ var".xa0
Əgər 15 il geriyə nəzər salsaq - 11 sentyabr hadisələrindən sonra "Əl-Qaidə" təşkilatını və "Taliban" rejimini ABŞ-a hücumda təqsirləndirən rəsmi Vaşinqton, məhz BMT nizamnaməsinin 51-ci maddəsini əsas tutaraq, 2001-ci ilin 7 oktyabrında Əfqanstanda hərbi əməliyyatlara başladığını görərik. Buna əsaslansaq, Azərbaycan dövləti işğalçı Ermənistanın aqressiyasına məruz qaldığından, ərazisinin 20%-nin düşmən tapdağında olduğundan öz ərazisində müharibə etmək hüququna tam malikdir.xa0
Bundan əlavə, BMT nizamnaməsinin 25-ci maddəsində göstərilir ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların yerinə yetirilməsi icbari xarakter daşıyır. Yəni, bu qərarların yerinə yetirilməsi məcburidir. Ona görə də, BMT Təhlükəsizlik Şurasının 1993-ci ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməyə əsasən, erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarından tamami ilə, özü də qeyri-şərtsiz çıxmalıdırlar. Əks təqdirdə bu nizamnamənin - həm 25, həm də 51-ci maddələrinə əsaslanaraq, Azərbaycan tərəfi hərbi yolla öz torpaqlarını işğalçılardan azad etmək hüququnu özündə saxlayır. Çünki bu, Beynəlxalq hüququn prinsiplərinə tam uyğundur.xa0
Düzdür, müharibənin olmasını heç kim istəməz, amma Ermənistan heç bir Beynəlxalq hüquqa məhəl qoymadığı halda bu qaçılmazdır. Ermənilər tərəfindən başlanan Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı yaradılmış ATƏT-in Minsk qrupu isə təmsil etdikləri öz ölkələrinin Cənubi Qafqazdakı geosiyasi maraqlarından çıxış edərək məsələnin gün kimi aydın olan həlli yollarını bilərəkdən qaranlığa düçar edirlər. Əgər belə olmasaydı, Minsk qrupunun 11 üzvündən - (ABŞ, Almaniya, Azərbaycan, Belarus, Türkiyə, Rusiya, İtaliya, İsveç, Finlandiya, Fransa, Ermənistan) 3-nün ABŞ, Rusiya və Fransanın birmənalı olaraq ikili standartlardan çıxış edərək işğalçı ilə işağala məruz qalana 20-ildən artıq bir vaxtda eyni prizmadan baxmazdılar. xa0
Odur ki, Azərbaycanın aprelin birindən-ikisinə keçən gecədən öz doğma torpaqlarında erməni qəsbkarlarının təxribatlarına layiqli cavab verdiyinə görə, bir sıra dünya ölkələrinin liderləri, xüsusən də Rusiya prezidenti V. Putinin və beynəlxalq təşkilatlardan əmiranə şəkildə - "atəşi dərhal dayandırın, bu məsələnin güc yolu ilə həlli yoxdur" deməyə, onların nə hüquqi, nə də mənəvi haqları var.xa0
Bir başqa formada desək, öz ata-baba torpaqlarını erməni faşistlərindən azad etmək istəyən Azərbaycan dövlətinə və ya ordusuna "atəşi dərhal dayandırın" - deməyə heç kimin haqqı yoxdur!
Mübariz Azərbaycanlı, müstəqil jurnalist































































































