Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri çərçivəsində aprelin 13-də bu ölkənin Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdə bildirib ki, Ermənistan Üçtərəfli Bəyanatın müddəalarını kobud şəkildə pozaraq, hələ də öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmayıb.
Bizim.Media xəbər verir ki, spiker qeyd edib ki, Laçın yolundan hərbi məqsədlər və qeyri-qanuni istismar etdiyi təbii sərvətlərimizin daşınması üçün istifadə edir.
S. Qafarova bildirib ki, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda dinc aksiyası Ermənistanın bu qeyri-qanuni əməllərinə etiraz olaraq keçirilir. Lakin Ermənistan, guya Laçın yolunun bağlanmasına dair yalan iddialarla beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.
Ermənistan Avropa İttifaqının missiyasının bu ölkədə olmasından istifadə edərək, vəziyyəti gərginləşdirən addımlar atır və hərbi təxribatlara yol verir.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:05 / 13.04.2023
Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ
Hazırda oxunan: Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ
Hazırda oxunan: Milli Məclisin sədri Ermənistanın guya Laçın yolunun bağlanmasına dair iddialarını TƏKZİB ETDİ
130634
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.