Bosniya və Herseqovina ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?

Hazırda oxunan: Bosniya və Herseqovina ilə əməkdaşlıq Azərbaycana nə qazandıracaq?

130579

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib. Son illər Bosniya və Herseqovina ilə Azərbaycan arasında strateji və iqtisadi əlaqələrin dərinləşməsi müşahidə olunur.

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı fikirlərini bölüşən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, 2022-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 5.1 milyon dollar olub:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla Bosniya və Herseqovina arasında Bəyannamə imzalandı - FOTO


“Ötən il Azərbaycan ilə Bosniya və Herseqovina arasındakı ticarət dövriyyəsi 3,2 dəfə artıb. 2020-ci illə müqayisədə isə artım 7 dəfə olub. Aydındır ki, tərəflər arasında ticarət dövriyyəsinin artırılması üçün daha böyük potensial var.

Azərbaycan Prezidentinin səfəri zamanı təşkil ediləcək müzakirələr bu imkanlardan daha çox faydalanmağa şərait yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin Bosniya və Herseqovinaya səfəri ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələ olacaq”.
Vüqar Bayramov onu da qeyd edib ki, Bosniya və Herseqovina ilə həm enerji, həm də neftdən kənar sektorlar üzrə əməkdaşlıq imkanları var:

“Bosniya və Herseqovina da Azərbaycandan qaz almaq niyyətində olan ölkələrdəndir. Belə ki, İon-Adriatik (IAP) kəmərinin TAP-a inteqrasiyası mümkündür. Bu isə sözügedən ölkənin Azərbaycan qazından istifadəsinə gətirib çıxara bilər.

İAP-ın ötürücülük qabiliyyəti ildə 5 milyard kubmetrdən çox olacaq. Avropada Azərbaycan mavi qazına tələb artır. Bu isə ölkənin geo-siyasi mövqeyinin daha güclənməsinə gətirib çıxarır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin