Qazaxıstan və Belarusun boykotu Moskvanı buna məcbur etdi - İrəvan sammiti ləğv edildi

Hazırda oxunan: Qazaxıstan və Belarusun boykotu Moskvanı buna məcbur etdi - İrəvan sammiti ləğv edildi

130500
Rusiyanın baş naziri Dmitri Medvedyev Qarabağdakı vəziyyətə görə İrəvana nəzərdə tutulan səfərini təxirə saldı.xa0

Modeorator.az rus mediasına istinadən xəbər verir ki, Rusiyanın baş naziri D. Medvedyevin aprelin 7-də İrəvana səfəri planlaşdırılırdı. Məqsəd xa0İrəvanda Avrasiya İqtisadi Təşkilatının baş nazirlərinin sammitində iştirak etmək idi. Və həttə yayılan məlıumata görə, Medvedyevin İrəvandan Bakıya da gəlişi nəzrdə tutulurdu. Ancaq son anda Qarabağ cəbhəsində yaranmış vəziyyətlə əlaqəli olaraq toplantı və Medvedyevin Ermənistana səfəri təxirə salınıb. xa0

Sammitinin Moskvada keçirilməsi barədə qərar verilib. Artıq bununla bağlı olaraq Medvedyev Ermənistanın baş naziri ilə telefonla da danışıb. Rusiyanın hökumət dairələrində bildirilib ki, sammitin ləğv edilməsi və baş nazirlərin İrəvana getməməsinin əsas səbəbi son günlər Ermənistanla Azərbaycan arasında yaranmış gərginlik olub. Əgər MDB-yə daxil olan bir sıra ölkələrin baş nazirəri İrəvanda toplantıda iştirak etsəydi, o zaman bu görüş MDB-nin eyni quruma daxil olan ölkələrdən birini dəstəkləməsi kimi qiymətləndiriləcəkdi. Ona görə də toplantı təxirə salınıb və Medveyev də İrəvana getməkdən imtina edib.

Diqqətçəkən bir məqamsa ondan ibarətdir ki, İrəvanda sammitin ləğv edilməsində Qazaxstan və Belarusun da mövqeyi nəzərə alınıb. Belə ki, Qazaxstan və Berlarus baş nazirləri əvvəlcədən İrəvana getəməkdən imtina edib. Nəticədə Medvedyev də imtina etmək zorunda qalıb...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin