“Əgər eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq...”x9d

Hazırda oxunan: “Əgər eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq...”x9d

130497
Cəbhədə atəşkəsdir. Baxıram, hər kəs ordumuzun başlatdığı cavab əməliyyatlarının davam etdirilməsini, torpaqlarımızın tam geri qaytarılmasını arzulayır. Bu, təbii arzudur. Ancaq bilmək lazımdır, bizim gördüyümüz bu cavab tədbirlərində məqsəd döyüşlərin miqyasını genişləndirmək deyildi. Düşməni sarsıtmaq, ona həddini göstərmək, status - kvonu qoruyub saxlaya bilməyəcəyini anlatmaq, böyük itkilərə yol vermədən danışıqlar yoluyla problemi çözməkdir əsas məqsəd.
Əgər emosiyaya və eyforiyaya qapılıb yeni-yeni torpaqlar azad etməyə qalxsaq, ermənilərin yiyələri tərəfləri ayırmaq adı altında Qarabağa qoşun yeridər və biz heç vaxt arzulamadığımız reallıqla qarşılaşa bilərdik.
Azərbaycana Qarabağda hər hansı bir böyük dövlətin hərbi mövcudluğu lazım deyil və bu, problemin həllinə qətiyyən yardım etməyəcək. Ən azından ortada Güney Osetiya və Abxaziya təcrübələri var.
Bizə ermənilərin və havadarlarının topralqarımızın daha 20 il işğal altında qalmasıyla barışmayacağımızı anlamaları lazım idi. Anladılar. Onlara bunu ruhları qarşısında baş əydiyimiz ŞƏHİDLƏRİMİZ anlatdılar! Müzəffər ordumuz anlatdı! Ali Baş Komandanımız anlatdı! 
Rusiyanın baş naziri Dmitri Medvedyev Bakıya gəlir. Gözləyirik. Həmsədr dövlətlərdən öz üzərlərinə düşəni etmələrini gözləyirik. Yoxsa artıq bir neçə strateji yüksəklikdən erməniləri vurub çıxaran ordumuz öz sözünü deyəcək. Son 3 gündə necə qətiyyətlə deyirdisə o cür deyəcək!

Sahib Alıyev, Tərtərdən seçilmiş millət vəkili
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin