Son günlər ön cəbhədəki yaşanan gərginliklər hər kəs kimi Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) xa0rəhbər şəxslərinin və sıravi üzvlərinin də diqqət mərkəzindədir. Bu istiqamətdə Demokratik Azərbaycan Dünyası Partiyası da Kütləvi İnformasıya Vasitələrində (KİV) bir sıra təklif və açıqlamalarla çıxış edib.xa0
Bu mənada Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynovun keçmiş döyüşçü, Qarabag qazisi olaraq öz silahdaşlarına müraciəti də diqqət çəkir. Müraciətdə deyilir:
“Silahlı Qüvvələrdə son illərdə həyata keçirilən islahatları, müsbət dəyişiklikləri, Ordumuzun güclənməsini, keçirilən təlimləri, Müdafiə Nazirliyiinin düşmənə qarşı sərt mövqeyini və addımlarını tam dəstəkləyirəm. Bu günlərdə keçirilən hərbi əməliyyatların nəticələrindən razıyam və alqışlayıram. Və döyüş yoldaşlarıma buradan səslənməlk istəyirəm:
Əziz silahdaşlarım, Qarabağ qazıləri! Bilirəm ki, Vətənin hər bir qarışı sizlərə nə qədər doğma və əzizdir. Biz 1-ci Qarabağ müharibəsində fəal iştirak etmişik, dəfələrlə düşmənə qarşı döyüşlərdə Sizlər mənimlə çiyin-çiyinə vuruşaraq öz şücaət, igidlik və qəhrəmanlığınızı göstərmisiniz. xa0
Tam əminəm ki, cəbhədə baş verən erməni təxribatının qarşısının alınması istiqamətində səylərinizi əsirgəməz, xa0ğərək olarsa, xa0torpaqlarımız uğrunda gedən döyüşlərdə yenidən iştirak etməyə tam hazırsınız. Sizləri Azərbaycan Ordusuna dəstək olmağa çağırıram. Ordumuz tərəfindən Ermənistan silahlı qüvvələri üzərində inamlı qələbə hər birimizin ürəyincə olacaq. Sizin Vətən Uğrunda canınızdan keçməyə hazır olduğunuza şahidəm! Biz dövlətimizin ərazi bütövlüyü və suverenliyini var gücümüzlə müdafiə etməliyik. Odur ki, hər an Aıi Baş Komandanımızın döyüş əmrini gözləməyə hazır olaq”x9d.xa0




























































































