Qarabağ ermənilərinin Xocalıda görüş təklifi nəyə hesablanıb? – Fərhad Məmmədovun ŞƏRHİ

Hazırda oxunan: Qarabağ ermənilərinin Xocalıda görüş təklifi nəyə hesablanıb? – Fərhad Məmmədovun ŞƏRHİ

130337

Qarabağ erməniləri Azərbaycan hakimiyyətinə görüş keçirmək təklifi göndərib.

Bu barədə erməni mediasına Qarabağdakı qondarma qurumdan məlumat verilib.

Məlumatda deyilir ki, Rusiya Federasiyasının sülhməramlı missiyası vasitəsilə Azərbaycan hakimiyyətinə təcili humanitar məsələlərin müzakirəsi üçün sülhməramlı kontingentin komandanlığının vasitəçiliyi ilə dislokasiya yerində görüş keçirilməsi təklifi göndərilib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənistan ordusu Qarabağdan çıxarılmasa, sülh olmayacaq” – Fərhad Məmmədov


Qeyd edək ki, Azərbaycnın Qarabağ bölgəsinin erməni sakinlərilə Azərbaycan rəsmiləri arasında ilk görüş martın 1-də Xocalıda Rusiya sülhməramlılarının iqamətgahında baş tutub.

Daha sonra Azərbaycan Qarabağın erməni sakinlərini görüşmək üçün iki dəfə Bakıya dəvət edib.   

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsində Bakı şəhərində görüşə dəvət edib. 

Lakin nədənsə ermənilər bu təkliflərə müsbət cavab verməyib. 

Əvəzində, Qarabağ erməniləri Rusiya sülhməramlılarının dislokasiya məntəqəsində yenidən görüşmək təklifi ilə çıxış ediblər. Maraqlıdır ki, Qarabağ erməniləri Bakıda görüşmək təklifini qəbul etmədikləri halda, yenidən Rusiya sülhməramlılarının dislokasiya məntəqəsində görüş təklifilə çıxış edirlər. 

Bəs, Qarabağ ermənilərinin Bakıya növbəti görüş təklifi nəyə hesablanıb? 

Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Qarabağ separatçıları Azərbaycanın Bakıda görüşməklə bağlı mümkün addımının qarşısını almaq üçün belə bir təkliflə çıxış ediblər:

“Azərbaycan Prezident Adminstrasiyasının Qarabağ ermənilərinə Bakıda görüş keçirməklə bağlı dəvəti aprelin ilk həftəsinə nəzərdə tutulmuşdu. İlk həftənin  bitməsilə isə Qarabağ erməniləri özləri təşəbbüslə çıxış ediblər.  
Çünki onlar yaxşı anlayır ki, hər bir belə dəvətin müddəti bitdikdən sonra Laçın yolundakı yüksəkliklərə nəzarəti ələ keçirməklə Azərbaycan yerdə şəraiti dəyişməyə və Qarabağdakı ermənilər üzərində rəhbərlik edən hərbi xuntanın manevr imkanlarını məhdudlaşdırmağa qadirdir. Sanki bunu qabaqlamaq üçün onlar belə bir addım atdılar”. 

Düşünmürəm ki, ermənilərin bu istəyinin nəticəsi olsun. Azərbaycan nümayəndə heyətinin yenidən Rusiya sülhməramlılarının iştirakı ilə Xocalıda görüş keçirəcəyini zənn etmirəm. Onlar sadəcə olaraq, Azərbaycanın mümkün addımının qarşısını almaq üçün belə bir təklifdə bulunublar”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin