Üzdə bir, arxada bir başqa məkrli niyyətlərinizi dayandırın - MÜRACİƏT

Hazırda oxunan: Üzdə bir, arxada bir başqa məkrli niyyətlərinizi dayandırın - MÜRACİƏT

130240
MMP mətbuat xidmətindən Moderator.az-a aşağıdakı məzmunda müraciət daxil olub:

"Müasir Müsavat Partiyası xaricdə yaşayan soydaşlarımıza, diaspora üzvlərinə, xaricdəki səfirliklirəmizə müraciət edərək bildirir ki, ermənilərin bu gün Azərbaycan torpaqlarında öz çirkin əməllərini davam etdirməsini, onlar tərəfindən atəşkəsin pozulmasını həyasızcasına Azərbaycanın üzərinə yıxmaq istəyirlər. Rusiyanın və dünyanın bir sıra informasiya vasitələri tərəfindən erməni işğalçılarının bu iyrənc əməllərini yenidən Azərbaycan tərəfindən törədilməsi təbliğ edilərək dünya ictimaiyyətini çaşdırmaq istəyirlər.xa0
Əziz xaricdə yaşayan həmvətənlərimiz, ziyalılarımız, soydaşlarımız, hər biriniz yaşadığımız dövlətlərdə yığışıb mətbuat konfransı keçirməklə, xarici mətbuatda çıxış etməklə, erməni işğalçılarını ifşa etməklə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə düzgün çatdırmaq olar. Sizdən cəsarət tələb edirik. Əliniz çatan dairələrdə Azərbaycan həqiqətlərinin yayılmasını xahiş edirik.xa0
5-ci kolon üzvlərinədə səslənirik, bu ağır günlərdə kin-küdurəti kənara qoyub real olaraq ölkə prezidentimizin tapşırıqlarını yerinə yetirin. Üzdə bir, arxada bir başqa məkrli niyyətlərinizi dayandırın. Azərbaycan pulları ilə xaricdə bəslədiyiniz övladlarınıza tapşırıq verin ki, bu dar gündə Azərbaycanın xeyrinə dövlətlərdə müəyyən işlər görsünlər.xa0
Biz MMP-nin yüz minlik üzvləri adından ölkə prezidenti cənab İlham Əliyevə həm ideoloji baxımdan, həm də hərbi sahədə bütün gücümüzlə kömək etməyə hazırıq".xa0


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin