“Qazaxıstan və Azərbaycan müxtəlif çoxtərəfli strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir, bir çox aktual beynəlxalq və regional məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Qazaxıstan Azərbaycan və Ermənistan arasında münasibətlərin diplomatik yolla tənzimlənməsinin tərəfdarıdır. Həmçinin, sülh müqaviləsinin tezliklə bağlanmasını istəyir və bu istiqamətdəki fəaliyyəti alqışlayırıq”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Qazaxıstana SƏFƏRİ BAŞLADI - FOTO
O, Qazaxıstana səfər etdiyinə görə İlham Əliyevə bir daha minnətdarlığını bildirib.
“Ümumiyyətlə, regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üçün qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə tədbirlərin görülməsi zərurətinə dair ümumi anlayışımız var. Göründüyü kimi, müzakirə olunan məsələlərin əhatə dairəsi çox geniş idi.
Azərbaycan Prezidentinin bu səfəri həqiqətən ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişafının uğurla davam etdirilməsi üçün çox vacibdir.
Qazaxıstan üçün Azərbaycanla əməkdaşlıq prioritet olub və olacaq. Biz bu əməkdaşlığı konkret razılaşmalarla zənginləşdirmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Qazaxıstan Prezidenti əlavə edib.
Xatırladaq ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstana rəsmi səfərə gəlib.
Bizim.Media