“Persona-non-grata” elan edilən İran diplomatlarının DOSYESİ – Onlar Bakıya hansı tapşırıqla göndərilmişdilər? 

Hazırda oxunan: “Persona-non-grata” elan edilən İran diplomatlarının DOSYESİ – Onlar Bakıya hansı tapşırıqla göndərilmişdilər? 

129973

Xəbər verdiyimiz kimi, aprelin 7-də İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı “persona-non-grata” elan edilib. Belə ki, Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam, Əsgər Bahari Xoş Mənzər “arzuolunmayan şəxs” elan olunublar.

Bizim.Media-nın araşdırmasına görə, Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir.
 

MÖVZU İLƏ BAĞLI:

İran səfirliyinin əməkdaşı AzTV-nin kamerasına hücum etdi – VİDEO  


Araşdırmalarımız nəticəsində məlum olub ki, Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçərək və onun ölkədəki “yarım qalan işlərini” davam etdirməklə məşğul olub.

Mirmahdi Mirsalampur Şərif isə İranın İslam Araşdırmaları Universitetində təhsil alıb. Maraqlıdır ki, o, diplomatiya sahəsində deyil, İslamın əsasları üzrə ixtisaslaşıb.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli qeyd edib ki, İranın “persona-non-grata” elan edilən 4 diplomatı Azərbaycanın Konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlik hərəkətlər edərək, casusluq fəaliyyətilə məşğul olublar: 

“Təcrübə göstərir ki, belə hallarda xüsusi xidmət orqanlarının əməkdaşları səfirlik əməkdaşları adı ilə başqa ölkəyə daxil olur və həmin ölkə haqqında qanunla qadağan olunmuş informasiyaları toplamaqla məşğul olurlar. Bu mənada İranın həmin 4 diplomatının hərəkəti casusluq hərəkətidir. 

Tehranın Azərbaycana münasibəti, ölkəmizdə terror hərəkətləri törədilməsinin təşkilatçısı olması, dövlətimizin Konstitusiya quruluşunu zorla dəyişməyə yönəlik hərəkətlərə yol vermələri və İrana casusluq edənlərin xeyli hissəsinin həbs edilməsini nəzərə alsaq, güman etmək olar ki, İranın həmin 4 diplomatı da Azərbaycanda məhz bu cür cinayət əməllərilə məşğul olublar.

Yəni ölkəmizin Konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlik hərəkətlər edərək, casusluq fəaliyyətilə məşğul olublar. 

Ona görə də onlar barəsində persona non-qrata elan edilib və həmin şəxslər ölkəmizdən xaric olunublar. Kifayət qədər faktlar olmasaydı, Azərbaycan hakimiyyəti belə bir addımı atmazdı”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin