İran Azərbaycana qarşı təxribatlarından niyə əl çəkmir? – TƏHLİL 

Hazırda oxunan: İran Azərbaycana qarşı təxribatlarından niyə əl çəkmir? – TƏHLİL 

129909

Molla-fars rejiminin son hərəkətləri sübut edir ki, İran nəinki, Azərbaycanın müstəqil siyasətini, hətta bu adda dövlətin mövcudluğunu qəbul etmək istəmir. Təsadüfi deyil ki, molla-fars refimi rəsmi və qeyri-rəsmi bəyanatlarda Azərbaycan yox, “Bakı Respublikası” ifadəsini işlədir. 

Ən pisi də odur ki, Azərbaycanın müstəqil siyasət yürütməsi həm də, Qərbi narahat edir. Çünki, Qərb Çingiz xandan başlayaraq, sonuncu Osmanlı sultanına qədər hər zaman türklərdən ehtiyat edib.

Və Sovetlər Birliyi dağılandan sonra türk dövlətlərinin vahid platformada birləşməməsi üçün Qərb əlindən gələni edib. 
 

MÖVZU İLƏ BAĞLI:

"İran Azərbaycanla bağlı siyasətinə yenidən baxmalıdır" - Türkiyəli polkovnik


Elə Qarabağ münaqişəsinin 30 ildən artıq davam etməsi də bunun bir göstəricisidir. Çünki, Azərbaycan Böyük Turan ideyasının reallaşmasında açar ölkədir. Və əgər Azərbaycan Türkiyə ilə sərhədlərini genişləndirsə və quru yollarını bərpa edə bilsə bu Böyük Turana gedən yolda ilk böyük addım olar. Bu isə İrandan tutmuş ABŞ-a qədər heç bir dövlətin marağına uyğun deyil. Ona görə də Ermənistanla sülh danışıqları məqsədli şəkildə uzadılır, Zəngəzur dəhlizinin açılması ləngidilir. 

Və Qərb bəzi hallarda İranı Azərbaycanın üzərinə getməyə təşviq edir.Bunu görən molla-fars rejimi də daha da quduzlaşır, addımlarında və çıxışlarında bütün əndazələri keçir.

Məsələ ilə bağlı danışan politoloq Amid Əliyev Bizim.Media-ya bildirib ki, molla-fars rejimin son vaxtlar radikallaşmasının bır sıra səbəbləri var:

“Birincisi, İranın siyasi hakimiyyəti şimalda müstəqil Azərbaycan dövlətin olmasını həzm edə bilmir. 

İkincisi, İran Azərbaycanın II Qarabağ müharibəsində əldə etdiyi qələbədən sonra artan qüdrətini, gücünü və yeni reallığın məhz Azərbaycan tərəfindən bərqərar olmasını birmənalı olaraq qəbul etmir. Çünki güclü Azərbaycan gec-tez İranda yaşayan 40 milyona yaxın azərbaycanlının siyasi baxışlarına təsir etmək imkanını da artırmış olacaq. İran bunu özü üçün ən böyük təhlükələrdən biri hesab edir. 

Üçüncüsü, İran bölgədə Azərbaycan-Türkiyə tandeminin, gücünün söz sahibi olmasının sonda ona qarşı çevriləcəyindən ehtiyat edir. 

Nəhayət dördüncüsü, Azərbaycanın İsraillə münasibətlərinin artması fars-molla rejimi tərəfindən İranın şimalında onun milli təhlükəsizliyinə ciddi təhdidin meydana gəlməsi kimi qiymətləndirilir”.

Politoloq onu da qeyd edib ki, İran Zəngəzur dəhlizinin açılmasını özünü iqtisadi dividentlərinin itirilməsi, Avropaya çıxışın əldən çıxması və İranın bölgədə blokadaya salınaraq, mühüm siyasi oyunlardan kənarda qalması kimi qəbul edir:

“Qeyd olunan bu məsələlər fonunda İranın siyasi və dini radikal hakimiyyətini Azərbaycana qarşı təhdid, təxribat, terror və kəşfiyyat fəaliyyətindən mütəmadi olaraq təzyiq kimi istifadə edir. İranın Azərbaycana qarşı real müharibə başlatmaq şanslarının demək olar ki, olmadığını anlayaraq məhz bu yolla Azərbaycana təsir etmək siyasətini seçib. Bu siyasət vasitəsilə İran bölgədə mövcudluğunu təmin etmək, siyasi proseslərin mərkəzində olmaq və güc mərkəzi olduğunu sübuta yetirməklə onunla bütün siyasi aspektlərin razılaşdırılmasını istəyir. 

Lakin, bu siyasət ilk növbədə İranın özü üçün olduqca təhlükəli və hətta fatal (dağıdıcı) nəticələrə səbəb ola bilər. Bu gün İran ətrafında məhz onun həyata keçirdiyi riyakar xarici siyasəti fonunda müxtəlif dövlətlərdən ibarət vahid bir cəbhə formalaşıb. Xüsusilə, ABŞ və İsrail hazırda İrana qarşı bütün əməliyyat planlarını masada müzakirə edirlər”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin