Aprelin 7-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub.
Bizim.Media xəbər verir ki, görüşdə həmçinin yol-infrastruktur layihələrinin həyata keçirilməsinin önəmi vurğulanıb.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb - FOTO
Bu xüsusda Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi, onun imkanlarının artırılması istiqamətində birgə aparılan fəaliyyət xüsusi vurğulanıb.
Azərbaycanın və Gürcüstanın Orta Dəhlizdə önəmli rolu, bu xüsusda birgə səylərin göstərilməsinin vacibliyi qeyd olunub.
Bizim.Media