“Keçən il Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumuna əsasən, biz 2027-ci ilə qədər təkcə Avropa məkanına 20 milyard kubmetr qazın nəql olunmasını təmin etməliyik və əminəm ki, biz bu rəqəmə çatacağıq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 7-də Qəbələdə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə təkbətək görüşü başlayıb - FOTO
“İndiki geosiyasi vəziyyəti nəzərə alaraq, əlbəttə ki, enerji təhlükəsizliyi məsələləri bütün ölkələr üçün ön plana çıxır. Uzun illər Azərbaycanın şirkəti SOCAR Gürcüstanda uğurla fəaliyyət göstərir. Mənə dünən verilən məlumata görə, SOCAR Gürcüstanda 11 min kilometr uzunluğunda qaz xətləri çəkib və beləliklə, 830 mindən çox abonentə təbii qazı təmin edir”, - deyə Azərbaycan Prezidenti bildirib.
Bizim.Media