“Hər hansı bir məmurun şıltaqlığı ölkənin maraqlarını zərbə altına qoymaqdır”x9d

Hazırda oxunan: “Hər hansı bir məmurun şıltaqlığı ölkənin maraqlarını zərbə altına qoymaqdır”x9d

129379
ABŞ kimi dövlətin xarici siyasətini müəyyən etməkdə önəmli olan yüksəkçinli şəxsləri ilə görüş ölkəmizin gələcəyi baxımdan çox önəmlidir. 

Bu fikri sabiq millət vəkili, iqtisadçı Nazim Məmmədov Moderator.az - a açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da Dövlət katibi Con Kerri və bir sıra konqressmenlərlə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, sözün həqiqi mənasında dünya iqtisadiyyatında, siyasətində, texnoloji sıçrayışda önəmli payı olan ABŞ kimi dövlətlə əlaqələrin gərginləşməsi heç bir ölkəyə fayda verməz. “SSRİ, Rusiya kimi imperiyaların keçmişdə və indiki iqtisadi durumu bunu sübut edir. Çalışmaq lazımdır ki, istənilən ölkə ilə, o cümlədən ABŞ ilə əməkdaşlıqda dövlətimizin maraqları, onun suverenliyi və təhlükəsizliyi əsas prioritet olsun. Bu mənada cənab prezident İlham Əliyev iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasına və onun inkişaf etdirilməsinə  çox həssas yanaşma nümayiş etdirir. Baxmayaraq ki, ölkə daxilində bəzi vəzifə sahibləri, deputatlar, ölkə KİV-i ABŞ-ı zaman-zaman  tənqid edib, ancaq ölkə başçısı bunların hamısının fövqündə dayanaraq Vaşinqtonla əlaqələrə önəm verir, həmişə bu barədə fikirlərini içtimaiyyətə də açıqlayıb”x9d, - deyə N. Məmmədov vurğulayıb.

N. Məmmədov hesab edir ki, həm siyasi, həm iqtisadi, həm demokratik hüquq və azadlıqların qorunması, inkişaf etdirilməsi ilə bağlı ABŞ administrasiyası və içtimai təşkilatlarla əlaqələr inkişaf etdirilməli və əməkdaşlıqlar dərinləşdirilməlidir:

”x9dBununla belə səhvlərimizi etiraf edib düzəltməliyik. İçtimai fəal insanların, QHT-lərin, jurnalistlərin maneəsiz fəaliyyət göstərmələrinə dövlət zəmanət verməlidir. Hər hansı bir məmurun şıltaqlığı, kiminsə onu tənqid etməsi nəticəsində  həmin şəxsin əsassız həbs edilməsi, həbs zamanı məmurun sifarişi ilə işgəncəyə və ya diskriminasiyaya məruz qalması ölkənin maraqlarını zərbə altına qoymaqdır. O baxımdan bunları bizim hörmətli məmurlarımız, deputatlarımız və ən əsası hüquq mühafizə orqanları, məhkəmələr yaddan çıxartmamalıdırlar.”x9d
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin