Paşinyan: "Azərbaycanla sərhəddə vəziyyət yaxşılaşıb"

Hazırda oxunan: Paşinyan: "Azərbaycanla sərhəddə vəziyyət yaxşılaşıb"

129220

Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında Zəngəzur (Sünik) rayonunun Dığ (Tex) və Kornidzor kəndləri istiqamətində, Azərbaycanla sərhəddə vəziyyətin qismən yaxşılaşdığını bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "Sputnik Ermənistan" nəşri yayıb.

Mənbə xatırladır ki, söhbət ötən həftə Azərbaycanla sərhəddə  baş verən insidentlərdən gedir.

Martın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti elan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini Laçın dəhlizi ilə birləşdirən yolun beş nöqtəsində irəliləyib.

Qeyd edib ki, Azərbaycan hərbçiləri ərazidə mühəndislik işlərinə başlayıb. Sonra hər iki ölkənin kartoqraflarının vəziyyəti nizama salması barədə razılıq əldə olunub. Nəticədə vəziyyət bir qədər yaxşılaşıb. 

Baş nazirin sözlərinə görə, 12 kilometrlik hissədə 7 kilometrlik xətt boyunca sərhədçilərin postlarını dəqiqləşdirmək mümkün olub, 5 kilometrlik hissə ilə bağlı isə danışıqlar davam edir.

Paşinyan bildirib ki, dislokasiya nöqtələrinin uzlaşdırılması üzrə iş konstruktiv atmosferdə keçəcək.

Hökumət başçısının fikrincə, hazırkı qeyri-sabit qlobal vəziyyətdə bəzi qüvvələr (Ermənistan müxalifətini nəzərdə tutur) regionda vəziyyəti gərginləşdirməyə çalışır:

"Bunun qarşısını almaq üçün güclü əsəb və təmkin lazımdır. Bütün ehtimallara baxmayaraq, hökumət sülh gündəliyinə sadiqliyini bir daha təsdiqləyir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin