Tacikistanla iqtisadi əlaqələrin inkişafı Azərbaycana nə QAZANDIRACAQ?

Hazırda oxunan: Tacikistanla iqtisadi əlaqələrin inkişafı Azərbaycana nə QAZANDIRACAQ?

129199

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana rəsmi səfəri baş tutub. Bu səfərin, aparılan danışıqların iki ölkə arasında əməkdaşlığın genişlənməsində yeni imkanlar açacağı heç kimdə şübhə doğurmur.

Bəs, indiki vəziyyətdə Azərbaycan-Tacikistan iqtisadi münasibətləri hansı səviyyədədir?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov fikirlərini bölüşüb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevin şərəfinə Tacikistanda rəsmi ziyafət verilib


Onun sözlərinə görə, 2022-ci ildə iki ölkə arasında olan ticarət dövriyyəsinin həcmi 6,5 milyon dollar olub:

“Ticarət dövriyyəsi 56 milyard 212 milyon dollar olan Azərbaycan üçün 6,5 milyon dollar cəmi 0,01 faiz deməkdir. Yəni ki, hər 100 manatdan təxminən 1 qəpik.

Buna görə də Cənab Prezidentin bu ölkəyə rəsmi səfəri təkcə Azərbaycanın multivektoral siyasəti kimi deyil, eyni zamanda mövcud potensialları silkələyib, prespektivləri gerçəyə çevirmək prosesi kimi qiymətləndirilə bilər.
Həm də Tacikistan Orta Asiya ölkələrindən olsa da Azərbaycanla münasibətlərdə Türkdilli dövlətlərlə birgə qurulan platformaya daxil deyil. Yəni, Mərkəzi Asiyanın bütün ölkələrilə münasibətləri yüksəldib, Tacikistanı kənarda saxlanılması gözlənilən deyildi”.

Ekspert onu da əlavə edib ki, 15-ə yaxın vacib sənədin imzalandığı bu səfər Tacikistanın özü üçün də çox əhəmiyyətlidir:

“Bu ölkənin kənd təsərrüfatı nisbətən zəif inkişaf edib. Torpaqların 80 faizdən çoxunun irriqasiyaya ehtiyacı var. Amma digər tərəfdən də hidroenerji potensialı zəngin ölkə hesab edilir və dünyada səkkizinci yerdədir. Tacikistanın hidroenerji potensialının reallaşdırılmasında Azərbaycan təcrübəsindən yararlanmaq fürsətləri olacaq.  

Ümumiyyətlə, bu səfər iki ölkə arasında iqtisadi münasibətlərin müxtəlif istiqamətləri, o cümlədən ticari, nəqliyyat-logistika, investisiya və s. istiqamətlərdə perspektivlər açsa da, nəqliyyat-logistika istiqamətinin xüsusi üstünlüyünün olacağını düşünürəm.

Çünki, Asiya və Avropa Biləşdirən Şərq-Qərb dəhlizinin 3 qolundan heç biri, yəni nə yuxarı, nə orta və də aşağı dəhlizlərin heç biri Tacikstandan keçmir. Amma yuxarı dəhliz istisna olmaqla, aşağı və yuxarı dəhlizlərə Tacikstanın inteqrasiya olunma imkanları var.
Olduqca geniş faydalı qazıntı yataqları və xammal iqtisadiyyatı bu dəhlizləri Tacikistan üçün əhəmiyyətli edir və təbii ki, bunun Azərbaycan üçün bir başa müsbət təsirləri və ya tranzit ölkə olaraq faydaları olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin