Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanla normallaşma prosesindən danışıb - FOTO 

Hazırda oxunan: Azərbaycanın ABŞ-dakı səfiri Ermənistanla normallaşma prosesindən danışıb - FOTO 

129152

Amerika Universitetinin Türk Mədəniyyəti Klubunun (TCCAU) dəvəti əsasında Klubun “Səfirlər bloku seriyası”nın ilk tədbirində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahimi natiq qismində iştirak etmişdir. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı Səfirliyi məlumat yayıb. 

Tədbirin keçirilməsinin əsas məqsədi Azərbaycanın tarixi, əldə etdiyi nailiyyətlər və gələcək planları ilə bağlı iştirakçıları maarifləndirməklə yanaşı, ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, o cümlədən Azərbaycanın regional və qlobal səviyyəli məsələlərdəki rolu ətrafında müzakirələrin aparılmasından ibarət olmuşdur. 

Tədbir adıçəkilən Klubun təsisçisi və prezidenti Nural Əliyevin giriş nitqi ilə başlamış və daha sonra səfir çıxış üçün kürsüyə dəvət edilmişdir. 

Səfir İbrahim çıxışı zamanı, Azərbaycanın enerji və bağlantılar sahələrində hazırda apardığı siyasət, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, qlobal iqlim dəyişikliyindən irəli gələn çağırışlar fonunda alternativ enerji mənbələrinə keçid istiqamətində gördüyü işlər və təşəbbüskarı olduğu regional layihələr, Şərqlə Qərb arasında tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilmiş əlverişli infrastruktur layihələri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində aparılan işlər barədə iştirakçıları məlumatlandırmış, qeyd edilən məsələlər ətrafında müzakirələr aparılmış və iştirakçıların sualları cavablandırılmışdır. 
Tədbir sözügedən Klubun rəhbər heyəti ilə səfirin xatirə şəklinin çəkilməsi ilə yekunlaşmışdır. 






Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin