Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld ölkəmizi “Avroviziya-2023”də “Tell me more” mahnısı ilə təmsil edəcək Tural və Turan Bağmanov qardaşları ilə görüşüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı 23 yaşlı əkiz qardaşlar öz instaqram hesablarında paylaşıb.
Səfir Zaqatalaya səfər edərək Tural və Turanla görüşüb, həmçinin onlarla əfsanəvi “The Beatles” qrupunun “Hey Jude” mahnısını oxuyub.
Xatırladaq ki, bu il Ukrayna adından Böyük Britaniyada keçirilməsi planlaşdırılan müsabiqənin yarımfinalları 9 və 11 mayda, final isə mayın 13-də olacaq.
Bizim.Media