Qənirə Paşayeva soyqırım qurbanlarının xatirəsinə abidə qoyulmasını təklif etdi

Hazırda oxunan: Qənirə Paşayeva soyqırım qurbanlarının xatirəsinə abidə qoyulmasını təklif etdi

129036
Millət vəkili Q.Paşayevanın Türkiyənin Aydın bölgəsində Nazillidə Qarabağ parkı və 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması təklifinə müsbət cavab verən Nazilli bələdiyyə başqanı  çox qısa zamanda həyata keçirəcəyik deyə dəstəkləyib. 

Türkiyənin Aydın bölgəsində konfransa gedən Q.Paşayeva  Nazilli bələdiyyə başqanı Haluk Alıcıkla görüşüb. Görüş zamanı Azərbaycanla Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu bildirərək, qədim Nazillinin də Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini bildirən Qənirə Paşayeva bələdiyyə başçısı ilə ermənlərin dinc insanlarımıza qarşı həyata keçirdiyi  31 Mart soyqırımı, Dağlıq Qarabağ problemi, Xocalı, Qaradağlı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Nazillinin mərkəzi parklardan birinə " Qarabağ”x9d adının veriləcəyinə və orada 31 Mart, Xocalı, Qaradağlı Soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulacağına inandığını deyib və Nazillli bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb. 

Azərbaycanı çox sevdiyini deyən Nazilli  bələdiyyə başçısı Haluk Alıcık Türkiyənin və Azərbaycanın bir millət iki dövlət olduğunu vurğulayaraq  Nazilli bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyib. O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib. Bələdiyyə başçısı hər zaman qardaş Azərbaycanın yanında olduğunu deyib və millət vəkili Qənirə Paşayevanın Nazillidə Qarabağ parkı və 31 Mart, Xocalı və Qaradağlı soyqırımı qurbanlarının xatirəsinə abidə qoyulması ilə bağlı  təkliflərini müsbət qiymətləndirdiyini bildirərək bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib. 

Bələdiyyə başçısına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası”x9d kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Aydın, Nazillinin də yer alacağını bildirib: "Azərbaycan insanına Aydın, Nazillini də daha da geniş tanıdacaq bu hədiyyə mənim bu qədim bölgəmizə sevgimi də göstərəcək". Nazilli  bələdiyyə başkanına Azərbaycan tarixi, mədəniyyəti və Qarabağ həqiqətləri ilə bağlı materiallar və özünün həmmüəllifi olduğu "Karabağ hikayeleri" kitabını hədiyyə edən millət vəkili Q.Paşayeva onu Azərbaycana dəvət edib. Azərbaycanı çox sevdiyini deyən  Nazilli bələdiyyə başkanı dəvəti böyük məmnuniyyətlə qəbul etdiyini deyərək qısa zamanda Azərbaycana səfər edəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin