"Vətən müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan etibarən Ermənistanın mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşı həlak olmuş və ya ağır yaralanmışdır".
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Günü ilə bağlı paylaşımında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Prezident: “Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır” - FOTO
"Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində 30 il ərzində 1 milyondan çox mina basdırmışdır. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. 1990-cı illərin əvvəlindən 3300-dən çox vətəndaşımız mina qurbanı olmuşdur", - deyə ölkəmizin başçısı qeyd edib.
Bizim.Media