Ceyhun Bayramov: Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir

Hazırda oxunan: Ceyhun Bayramov: Ermənistanın “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir

128948

“Laçın yolu ətrafında Ermənistanın qeyri-qanuni fəaliyyətlərinə etiraz edən Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasına kölgə salmaq və beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan “humanitar böhran”, “blokada” iddiaları həqiqəti əks etdirmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aprelin 4-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Bakı ofisinin rəhbəri Petr Zix ilə görüşündə səsləndirib. 

Nazir Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bölgədə nəqliyyat və kommunikasiyaların açılması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.  
Ermənistan tərəfinin öhdəliklərindən boyun qaçıraraq, öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən çıxarmamasının, yalnız humanitar məqsədlər üçün istifadə olunan Laçın yolundan Azərbaycanın təbii sərvətlərinin daşınması, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə etməsinin regionda sülh və təhlükəsizliyin bərqərar edilməsinə maneə olduğu diqqətə çatdırılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin