Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzladığı sərəncamla İnam Kərimov Ali Məhkəmənin sədri təyin edilib.
Bizim.Media İnam Kərimovun dosyesini təqdim edir:
MÖVZU İLƏ BAĞLI:
İnam Kərimov Ali Məhkəmənin sədri TƏYİN EDİLDİ
İnam Kərimov 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. Orta təhsili (1984-1994) S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib.
1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb.
2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə elə həmin universitetdə hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə isə baş məsləhətçi vəzifələrində çalışıb.
2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli 2426 nömrəli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
Dövlət başçısının 21 aprel 2018-ci il tarixli 9 nömrəli Sərəncamı ilə İnam Kərimov Kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib.
O, bu gün Milli Məclisin qərarı ilə Ali Məhkəmənin hakimi təyin olunub.
Bizim.Media