“Ermənistan baş naziri humanitar atəşkəs rejiminə riayət etmək barədə 08:00 radələrində açıqlama verdikdən dərhal sonra Ermənistan silahlı qüvvələri Laçın rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini artilleriyadan atəşə tutublar”.
Bizim.Media xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında bu barədə məlumat verib. H.Hacıyevin sözlərinə görə, Tərtər rayonu və ətraf kəndlərin mülki əhalisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub.
Ermənistanın bundan öncəki atəşkəs razılşmalarına əməl etmədiyini xatırladan Prezident köməkçisi, rəsmi İrəvanın humanitar atəşkəsi sözdə dəstəklədiyin söyləyib.
“Əməldə isə humanitar atəşkəsin arxasında gizlənərək, Azərbaycan silahlı qüvvələrini və mülki əhalini atəşə tutmaq, qüvvələrini təmərküzləşdirmək və yeni mövqelər əldə etmək üçün istifadə edir. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu saxlamaq və möhkəmləndirməkdir”.
O qeyd edib ki, Azərbaycan tərəfi təmkin nümayiş etdirir. Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir. Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:23 / 26.10.2020
Atəşkəsin pozulması məsuliyyəti Ermənistanın üzərinə düşür
Hazırda oxunan: Atəşkəsin pozulması məsuliyyəti Ermənistanın üzərinə düşür
Hazırda oxunan: Atəşkəsin pozulması məsuliyyəti Ermənistanın üzərinə düşür
1288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.