Ceyhun Bayramov Qazaxıstanın yeni XİN başçısını TƏBRİK ETDİ 

Hazırda oxunan: Ceyhun Bayramov Qazaxıstanın yeni XİN başçısını TƏBRİK ETDİ 

128741

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstanın yeni təyin olunmuş baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 

Həmkarını Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. 

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb. 
Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin