İranın DİPLOMATİK RƏZİLLİYİ – “Tehranın Azərbaycana verdiyi nota qeyri-qanunidir”

Hazırda oxunan: İranın DİPLOMATİK RƏZİLLİYİ – “Tehranın Azərbaycana verdiyi nota qeyri-qanunidir”

128641

İran mediasının məlumatına görə, bu ölkə Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib.

Qeyd edilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb.

Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib:

“İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”.
 

MÖVZU İLƏ BAĞLI:

Tehranın əsl simasının RƏSMİ İFŞASI – “Bütün dünya İranı terror yuvası kimi tanıyır”


İranın Azərbaycan mediasına qarşı bu cür iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya uyğun deyil.

Azərbaycana qarşı illərdir fəaliyyət göstərən “Səhər” kanalı Tehran tərəfindən maliyyələşir. 

İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox hallarda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etməzdən öncə öz daxilində qayda-qanun yaratsa, daha yaxşı olar. Bu mənada, İranın Azərbaycana verdiyi nota qeyri-qanunidir. Bu hal molla rejimin növbəti diplomatik absurdluğunu göstərir.

Bizim.Media-ya açıqlamasında İranın verdiyi notanı dəyərləndirən politoloq Tofiq Abbasovun fikrincə, İranın Azərbaycana bu cür nota verməsi absurd haldır: 

“İranın bu notası Azərbaycan-İsrail münasibətlərilə əlaqəlidir. Bakı İsraildə səfirlik açdıqdan sonra İranda sanki yeni bir qıcıq dalğası yaranıb. Dünya siyasəti, siyasi aləmdə münasibətlər sistemi var. Münasibətlər sistemi özünəməxsus tərzdə inkişaf edir. 

İran isə reallıqları nəzərə almadan problem yaratmağa çalışır. Azərbaycanın İsraillə münasibəti heç kimə sirr deyil, bu münasibətlər inkişaf edir. Azərbaycan xarici işlər nazirilə görüşdə İsrail nümayəndəsinin İranı ittiham etməsi, onun mövqeyidir. Ceyhun Bayramov isə İsraildə İranın ünvanına heç nə deməyib. Bu məsələ ilə bağlı Tehranın Azərbaycanın üzərinə gəlməsi isə doğru deyil. Belə ittihamların yeri yoxdur. Ona görə də İranın belə nota verməsinə lüzum yox idi.  Azərbaycanın etdiyi elə bir iş yoxdur ki, ona görə xəcalət çəksin. Heç bir hərəkət olmadığı halda İranın nota verməsi düzgün deyil. Absurdluq budur”.

Digər tərəfdən, İranın Azərbaycanın adını İŞİD terrorçuları ilə birgə hallandırması da absurd və reallıqdan tamamilə uzaqdır.

Çünki İranın özü bütün dünyada terror yuvası kimi tanınır. Və molla rejiminin terrorçu mahiyyətini Azərbaycana münasibətdə də aydın şəkildə görürük.

Təkcə 2023-cü ildə baş verən iki olay, yanvarın 27-də Tehrandakı səfirliyimizə edilən hücum və millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdində İran izlərinin ortaya çıxması molla rejiminin terrorçu xislətini ifşa etmək üçün yetərlidir.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin