12 partiya Lalə Şövkətin ətrafında birləşir? – AÇIQLAMA 

Hazırda oxunan: 12 partiya Lalə Şövkətin ətrafında birləşir? – AÇIQLAMA 

128632

Mətbuatın yazdığına görə, Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanlı bildirib ki, qeydiyyatda olan 12 siyasi partiyanın ALP-yə birləşməsi ilə bağlı təkliflər var və hazırda bu istiqamətdə müzakirələr gedir.

Amma o həmin 12 partiyanın hansılar olduğuna aydınlıq gətirməyib. Lakin bəzi məlumatlara görə, fəaliyyətini dayandıran Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) üzvlərinin bir çoxu ALP-yə birləşmək niyyətlərini bildirib. Belə ki, vaxtilə ALDP-nin bir çox üzvləri ALP sıralarında olublar. 

Görəsən, hansı partiyalar bundan sonrakı fəaliyyətlərini ALP ilə birgə aparmağa razılıq verib?

Mövzu ilə bağlı, Bizim.Media-ya açıqlamasında ALP sədri Əvəz Temirxanlı birləşmə istiqamətində işlərin hələlik  təhlil mərhələsində olduğunu deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Yüksək vəzifələrdə ən qısa müddət işləmiş MƏMURLAR – ARAŞDIRMA


“Onlar tərəfindən bizə müraciət olunub, müəyyən söhbətlər də aparılıb. Problem odur ki, hələlik Ədliyyə Nazirliyi partiyalardan hansı sənədləri tələb etməli olduqlarını özü də bilmir. Bir aydan çoxdur ki, şəxsən özüm müraciət etmişəm. Oradan hansı sənədləri təqdim etməli olduğumuz barədə sualımıza “bilmirik” deyə cavab veriblər”. 

Partiya sədri qeyd edir ki, bir sıra partiyaların ALP-yə birləşməsi məsələsində hələlik tələsməyə dəyməz:

“Birləşmənin olub-olmayacağı hələlik tam bəlli deyil. Tələsməyin. Amma bu istiqamətdə bizə müraciət edən partiyaların adlarını hələlik çəkmək niyyətində deyilik. Hələlik onların adlarını çəkməyə ehtiyac yoxdur”. 

ALP sədri partiya daxili praymerz keçirməyə hazırlaşdıqlarını da dedi:

“Bələdiyyə üzvü və deputat olmaq istəyənləri partiya üzvü olmadan və müxalifət-iqtidar bölgüsü aparmadan öz fəaliyyətini ALP çərçivəsində davam etdirməyə çağırırıq. Bunun üçün partiya daxili praymerz keçirəcəyik”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin