Korotçenko: Paşinyanın deputatları açıq şəkildə Putini həbs etməklə hədələyir

Hazırda oxunan: Korotçenko: Paşinyanın deputatları açıq şəkildə Putini həbs etməklə hədələyir

128500

Rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistanın siyasətindən danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə o, Facebook-da yazıb.

“Ermənistan artıq o qədər dəli olub ki, parlamentdə Paşinyanın hakim partiyasının üzvləri açıq şəkildə Rusiya prezidentini həbs etməklə hədələyirlər. 

Onlara belə cavab vermək lazımdır:

1. Rusiyanın hakimiyyət dəhlizlərində erməni lobbisinin təsir imkanı sıfıra endirilməli, onlar siyasi qərarların qəbulu prosesinə dağıdıcı təsir göstərmək imkanından məhrum edilməlidir.

2. Rusiyanın Ermənistanla ticarət-iqtisadi əlaqələrində dünya qiymətlərinə keçid həyata keçirilməlidir. Rusiyanın enerji resurslarının (qazının) bu ölkəyə tədarükünə heç bir güzəşt olmamalıdır.

3. Ermənistanın kişi vətəndaşları Rusiya vətəndaşlığını almaq şərti ilə Rusiya Silahlı Qüvvələri ilə ən azı 2 il müddətinə müvafiq müqavilə bağlamalı, Rusiya bölmələrinin tərkibində xüsusi əməliyyat zonasında döyüş əməliyyatlarında məcburən iştirak etməlidirlər.
4. Rusiya ərazisində nasist Qaregin Njdenin xatirəsini tərənnüm edən və ya onun xatirəsini əbədiləşdirməyə cəhd göstərən hər hansı ictimai hərəkətlər Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası maddəsi ilə cinayət işlərinin başlanmasına səbəb olmalıdır”, deyə ekspert qeyd edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin