BMT QAK-ın Azərbaycanda yeni nümayəndəsi təyin olundu - FOTO 

Hazırda oxunan: BMT QAK-ın Azərbaycanda yeni nümayəndəsi təyin olundu - FOTO 

128295

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının (QAK) Azərbaycanda yeni təyin olunmuş nümayəndəsi xanım Bik Lum ilə görüşüb. 

Komitədən Bizim.Media-ya verilən xəbərə görə, Xanım Bik Lumu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edən Dövlət Komitəsinin sədri ona ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. 

Görüşün Azərbaycanlıların Soyqırımı Gününə təsadüf etdiyi vurğulanaraq, son iki yüz ildə xalqımıza qarşı həyata keçirilən etnik düşmənçiliyi Ermənistanda bu gün də davam etdirmək istəyənlərin olduğu təəssüf hissi ilə qeyd edilib, bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına beynəlxalq təşkilatların dəstəyinin vacibliyi diqqətə çatdırılıb. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi, həmin ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün dövlət tərəfindən icra edilən irimiqyaslı layihələr barədə qonağa məlumat verilib. 

Bildirilib ki, məcburi köçkünlərin dogma yurdlarına beynəlxalq hüququn prinsipləri əsasında, könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təşkili üçün zəruri tədbirlər həyata keçirilir.

Dövlət Komitəsi tərəfindən Böyük Qayıdış çərçivəsində artıq Zəngilan rayonunun Ağalı kəndinə və Tərtər rayonunun Talış kəndinə ümumilikdə 510 nəfərin köçürüldüyü qeyd edilib. 

Bik Lum səmimi qəbula və təbrikə görə təşəkkürünü bildirib. BMT QAK-ın Azərbaycandakı fəaliyyətində qaçqınlar və məcburi köçkünlərlə bağlı layihələrə, həmçinin məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışına böyük əhəmiyyət verdiyini vurğulayan qonaq bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyi, onlarla bağlı gender bərabərliyi, zorakılığın qarşısının alınması, mina təhlükəsinə dair, məşğulluğun artırılmasına dəstək layihələrinin həyata keçirildiyini bildirib.  

Məcburi köçkünlərin dogma yurda ləyaqətlə qayıdışına dəstək verən bu layihələrin gələcəkdə də davam etdiriləcəyi qeyd olunub. 



Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin