Laçın yolunda keçid məntəqəsinin qurulması üçün SON ADDIMLAR – “Artıq maneə qalmayıb”

Hazırda oxunan: Laçın yolunda keçid məntəqəsinin qurulması üçün SON ADDIMLAR – “Artıq maneə qalmayıb”

128259

Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürülüb.

Belədə Laçın yolu üzərindəki yüksəklilər də artıq ordumuzun nəzarətinə götürülüb. 

Bu situasiyada sözügedən yolda nəzarət buraxılış məntəqəsinin qurulması üçün son addımlar nələrdən ibarət olmalıdır?

Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri bildirib ki, nəzarət-buraxılış məntəqəsinin yaradılması yolunda artıq heç bir fiziki maneə qalmayıb:

“Atılan addımla Ermənistandan Azərbaycana keçid yolları Azərbaycan Ordusunun nəzarətinə keçib. Düşünürəm ki, bu, nəzarət-yoxlanış məntəqəsinin qurulmasından əvvəl atılmalı olan addım idi. Bundan sonra nəzarət-buraxılış məntəqəsinin yaradılması yolunda heç bir fiziki maneə qalmadı. Doğrudur, Rusiya hələ də həmin ərazinin öz sülhməramlı kontingentinin nəzarətində qalmasında israr edir”. 

Politoloqun fikrincə, baş verən hadisələr göstərir ki, bundan sonra artıq Rusiyanın iradəsi o qədər də nəzərə alınmayacaq: 

“2025-ci ilə az qalıb. Belə olduğu təqdirdə, Moskva regionda çoxsaylı problemlərin qalmasında maraqlıdır ki, sonrakı mərhələdə də regionda qalmağa bəhanə tapsın. Ona görə də Azərbaycan tələsməlidir. İlin sonuna qədər Laçınlılar geri qayıdacaq. Onların təhlükəsizliyi təmin edilməlidir. Separtçı rejimə və Rusiyaya verilən zaman artıq bitdi. Düşünürəm ki, ard-arda bəzi strateji qərarlar veriləcək ki, onun nəticəsində Qarabağ probleminin açarı hesab olunan sərhəddə yoxlanış məntəqəsinin qurulması da yaxın perspektivdə mümkün olacaq”. 

Həmsöhbətimiz deyir ki, prosesin tam olaraq sona çatdırılması yolunda yalnız texniki məsələlərin həlli qalıb: 

“Şlaqbaumun qoyulmasından tutmuş, yüklərin yoxlanılması üçün müasir skaner aparatlarının qurulmasına ehtiyac olacaq. Onu da Gömrük Xidmətiyerinə yetirəcək. Düşünürəm ki, qısa zamanda bu avadanlıqlar alınıb, quraşdırılacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin