Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov arasında baş tutan görüşdə müzakirə olunan məsələlər məlum olub.
Bizim.Media xəbərinə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri "Twitter"də bildirib.
"Xarici İşlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanlarımızı və Qarabağdakı son vəziyyəti müzakirə etdik.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü başlayıb - FOTO
Azad edilən torpaqlarda yenidənqurma və inkişafa dəstəyimiz davam edəcək", M.Çavuşoğlu qeyd edib.
Türkiyəli nazir bildirib ki, iki ölkə arasında yaxın zamanda şəxsiyyət vəsiqəsilə səyahətin başladılması da müzakirə olunub.
Bizim.Media