Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrailə səfəri çərçivəsində “Yad Vaşem” Holokost Memorial Kompleksini ziyarət edib.
Bizim.Media xəbər verir ki, nazir abidə kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.
İsrailin Azərbaycandakı səfiri Corc Dik tvitter səhifəsində Azərbaycan XİN rəhbərinə təşəkkür edib: “Səmimi sözlərinizə görə təşəkkür edirəm”.
Bizim.Media