Azərbaycanla Ermənistan arasında normallaşmaya alternativ yoxdur - Ceyhun Bayramov

Hazırda oxunan: Azərbaycanla Ermənistan arasında normallaşmaya alternativ yoxdur - Ceyhun Bayramov

127802

“Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşma prosesinə alternativ yoxdur və bu, qarşılıqlı ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov israilli həmkarı Eli Kohenlə görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib.

"Azərbaycan sülh gündəliyini təşviq edir, ancaq Ermənistan aqressiv ritorikası ilə təhdid edir. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra orada yenidənqurma-bərpa işləri görür", - deyə nazir bildirib.

C.Bayramov qeyd edib ki, Azərbaycan azad olunmuş ərazilərinin bərpası prosesində İsrail şirkətlərinin marağını yüksək qiymətləndirir.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin