“Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim fəaliyyətə başlayacaq”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, azad edilmiş ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir: 
“Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək”.
Bizim.Media

- A-
 - A
 - A+
 
Siyasət
							14:34 / 28.03.2023
							
						Dövlət başçısı Azərbaycanın yeni idarəetmə modelinin PRİORİTETLƏRİNİ AÇIQLADI
						
							
								Hazırda oxunan: Dövlət başçısı Azərbaycanın yeni idarəetmə modelinin PRİORİTETLƏRİNİ AÇIQLADI 							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Dövlət başçısı Azərbaycanın yeni idarəetmə modelinin PRİORİTETLƏRİNİ AÇIQLADI 							
						127613
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































