Deputatdan İrana XƏBƏRDARLIQ – “Bütün təhdidlərə cavab vermək gücündəyik”

Hazırda oxunan: Deputatdan İrana XƏBƏRDARLIQ – “Bütün təhdidlərə cavab vermək gücündəyik”

127565

“İran Naxçıvanla sərhəddə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O əlavə edib ki, bu təlimlər və təhidlər, təbii ki, regiondakı yeni düzəni dəyişmək gücündə deyil:

“Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir. Bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir”.

Millət vəkili onu da qeyd edib ki, məsələnin iqtisadi tərəflərinə gəldikdə isə İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub:

“İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib. Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır.
Bu isə həm də o deməkdir ki, İranin qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda biznes üçün bu heç də kiçik rəqəm deyil”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin