Hazırda Ermənistan-Azərbaycan sərhədində Azərbaycan hərbçilərinin cəmləşməsi gözə çarpmır.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryan danışıb.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan Ordusu Xankəndi - Laçın yolunu nəzarətə götürdü - VİDEO
“Hazırda sərhəddə heç bir cəmləşdə yoxdur, bu gün və sabah genişmiqyaslı müharibə olmayacaq.
Amma sabahkı gün nə baş verəcəyi bizim ölkəmizdə təhlükəsizlik problemlərinə necə yanaşacağımızdan və onların həlli üçün atacağımız konstruktiv addımlarımızdan asılıdır”, deyə o, qeyd edib.
Bizim.Media