Tehrandan ölkəmizə növbəti SAVAŞ TƏHDİDİ – İran müharibəyə sürüklənir

Hazırda oxunan: Tehrandan ölkəmizə növbəti SAVAŞ TƏHDİDİ – İran müharibəyə sürüklənir

127419

Son həftələrdə İranın Azərbaycana qarşı təhdidlərinin daha da radikallaşdığı hiss olunur. Əvvəllər sadəcə “qırmızı xəttlər”indən dəm vurub, siyasi hədələrlə yetinən molla rejimi artıq hərbi təhdidləri tendensiya halına gətirib.

Xüsusilə də, İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus və yaxın media kanallarının aktivliyi müşahidə olunur. 

Belə ki, ötən həftə Şahed PUA-larının Arazı keçməsi əks olunan videoçarx yayımlandı. Dünən isə SEPAH-ın teleqram kanalından növbəti təhdid paylaşımı gəldi. Bu dəfə mesaj daha açıq idi. Qeyd olunan paylaşımda Azərbaycan bayrağını yandırıb keçən Şahed dronu öz əksini tapıb. Paylaşımın açıqlama qismində isə Azərbaycanın Zəngəzurda irəliləməsinə SEPAH tərəfindən cavab veriləcəyi qeyd olunub.
 

MÖVZU İLƏ BAĞLI:

“Tehran Ermənistana ordusunu yerləşdirmək fikrindədir” - EKSPERT


Digər diqqət çəkən məqam isə, təhdidlərin yalnız informativ formada ünvanlanmamasıdır. Eyni zamanda İran sərhədimizə hərbi təyyarələrini göndərir, dronları ilə bölgədəki vəziyyəti izləyir.

Martın 21-də isə Ermənistanın İran dronlarının uçuşu üçün sərhədlərini açdığı xəbərləri yayılmağa başladı.

Bir sözlə, İran açıq şəkildə Azərbaycanı hərbi müdaxilə ilə təhdid edir. Bəs, molla rejiminin birdən-birə qızışmasının arxasında hansı xüsusi səbəblər dayanır?

Əvvəla qeyd edək ki, farsların ermənilərlə yaxınlığı, türklərə qarşı düşmənçiliyi molla rejiminin Azərbaycana qarşı siyasət yürütməsinin ümumi səbəbləridir. Digər bir ümumi məqama, Fransa faktoruna daha az toxunulsa da, bunu da yaddan çıxarmaq olmaz. Çünki Fransa molla rejiminin və Paşinyan iqtidarının əsas dəstəkçisidir. Bir qədər də irəli gedib, İran və Ermənistan hakimiyyətlərini Fransanın oyuncağı da adlandıra bilərik. 

Zəngəzur dəhlizinin açılması məsələsi gündəmə gəldikdən sonra Parisin Bakıya qarşı nifrətini açıq nümayiş etdirməsi də məhz İran-Ermənistan kommunikasiyasının itirilməsi qorxusundan qaynaqlanır. Yəni, Paris-Tehran-İrəvan triosunun Azərbaycana qarşı oxşar pərdədən çıxış etməsi məhz qeyd etdiyimiz səbəbdən qaynaqlanır.

Digər tərəfdən, son həftələrdə İranın Azərbaycana qarşı təhdidlərinin radikallaşmasında bir sıra xüsusi səbəblər də var.

1. Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması. Ümumiyyətlə, Azərbaycan-İsrail münasibətlərində hər bir irəliləyişə paralel olaraq, Tehrandan Bakıya təhdid mesajının gəlməsi artıq adət halını alıb. Bunun təsadüf olduğuna inanmaq, sadəcə olaraq, sadəlöhvlük olardı.

2. İran Azərbaycanla münasibətlərdə fərqli nöqtələrə toxunmaqla sanki səfirliyimizə hücumu unutdurmağa çalışır. Bu isə mümkünsüzdür. Tehran nə etsə də, səfirliyimizə yönələn terroru unutdura bilməz.

3. Radikal təhdidlərin Qarabağdakı hadisələrlə bağlılığı da nəzərdən yayınmamalıdır. Diqqət yetirsək, İranın Qarabağa terrorçular göndərmək planının, eləcə də qanunsuz silah daşımlarının ifşası və ordumuzun sülhməramlıların müvəqqəti yerləşdiyi bölgələrdə bir sıra yolları nəzarətə götürməsi kimi hadisələrdən dərhal sonra SEPAH-dan təhdid mesajlarının gəldiyini görə bilərik.

4. Belə görünür ki, Azərbaycanda İran agenturasının ifşası, “maşa”larının məsuliyyətə cəlb olunması da Tehranın kefinə soğan doğrayıb.

Göründüyü kimi, Azərbaycanın diplomatik sfera və meydanda hər bir irəliləyişi İranın əks-reaksiyasına səbəb olub.

Yəni, molla rejimi Azərbaycanın inkifaşına, daha dəqiqi ölkəmizə düşməndir. Bunu da hər fürsət düşdükdə nümayiş etdirir. Tarixi təcrübə isə sübuta yetirir ki, molla rejimi ilə xoş dillə danışmaq da bir fayda vermir. 

Bir sözlə, tək çarə molla rejiminin süqutudur. Əks təqdirdə, nə İran Azərbaycan münasibətləri qaydasında düşəcək, nə də bölgədə dayanıqlı sülhü təmin etmək mümkün olacaq.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin