“Nə etsələr də, mübarək yürüşü dayandıra bilməyəcəklər” - Ərdoğan

Hazırda oxunan: “Nə etsələr də, mübarək yürüşü dayandıra bilməyəcəklər” - Ərdoğan

1273

 "Bəzi amerikalılar İlham Əliyev qardaşıma zəng edib deyir ki, biz sizin yanınızda kimin olduğunu bilirik".

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Malatya vilayətində keçirilən toplantısında deyib.

Ərdoğan bildirib ki, Türkiyəni sanksiyalarla hədələyirlər: "Siz Türkiyəyə güvənirsiniz, ancaq Türkiyəyə qarşı sanksiyalar tətbiq edərik, deyirlər. Mənim isə cavabım budur ki, sanksiyanız nə olursa olsun, gecikməyin. F35 üçün addımlar atdıq, pulumuzu verdik, F35-lərimizi vermədiniz. Əvəzində bizi hədələdiniz və S 400-ləri Rusiyaya geri göndərin dediniz.

Türkiyə qəbilə dövləti deyil. Avropada artan irqçiliyi ifşa etdiyimiz üçün hədəfə alındıq. Balkanlardan Cənubi Asiyaya qədər məzlumların yanında olduğumuz zaman da oxşar hücumlara məruz qaldıq. Ölkəmizi bir qaşıq suda boğmağa hazır olanların həvəslərini qursaqlarında buraxdıqca, yeni əxlaqsızlıqlarla qarşımıza çıxırlar.

Nə etsələr də, bu mübarək yürüşü dayandıra bilməyəcəklər. Haqq və ədalət günəşi yüksəldikcə, zülm atəşi sönəcək və zalımın gücü tükənəcək. Azərbaycanın yanındayıq",- deyə Ərdoğan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin