Zaxarovanın açıqlaması nədən XƏBƏR VERİR? – “Qərblə Rusiya Cənubi Qafqazda paslaşırlar” 

Hazırda oxunan: Zaxarovanın açıqlaması nədən XƏBƏR VERİR? – “Qərblə Rusiya Cənubi Qafqazda paslaşırlar” 

127017

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi son mətbuat konfransında deyib ki, Moskva Bakı ilə İrəvan arasında düşmənçilik ritorikasının və Qarabağda insidentlərin artmasından, tərəflərin güzəştə getmək istəməməsindən bərk narahatdır. Zaxarova vəziyyətin belə olmasını Qərbin üstünə atıb:

“Rusiya tərəfi dinc danışıqlara alternativin olmaması mövqeyindən çıxış edir və tərəfləri bəyanatlarında təmkinli olmağa, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün yolu üzrə danışıqları bərpa etməyə çağırır. Ermənistan-Azərbaycan normallaşması prosesində Qərb və Aİ meydana çıxdı və genişmiqyaslı problemlər yarandı. Sülh və kömək etmək istəyi ilə bağlı deyilən sözlərin arxasında tam əks hərəkətləri görürük”.

Bizim.Media-ya açıqlama verən politoloq Taleh Əliyevin fikrincə, Zaxarovanın sözügedən məsələdə Qərbi ittiham etməsi qismən doğrudur.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO


Amma həmsöhbətimizə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmamasının basilica günahkarı elə Rusiyanın özüdür: 

“Rusiya yetkilisi başqa bir dövləti günahlandırmadan öncə yaxşı olar ki, ilk növbədə öz ölkəsinin Ermənistanla Azərbaycan arasındakı münaqişədə oynadığı rola diqqət yetirsin. Əslində Azərbaycanla Ermənistan arasında münaqişənin yaranma səbəbi Rusiya ilə bağlıdır. SSRİ dağıldıqdan sonar problemin yenidən qabardılması da Rusiya ilə bağlıdır. 44 günlük müharibədə Azərbaycanı münaqişəni birdəfəlik həll etmək iqtidarında idi. Amma yenə də Rusiyanın kobud müdaxiləsilə münaqişə tamamlanmamış qaldı.

Ondan sonra imzalanan 10 noyabr və 11 yanvar bəyanatları da göstərir ki, Rusiya nəinki böhranı həll etmək istəmir, əksinə oinun idarəolunan səviyyədə qalmasında maraqlıdır.

Bu yolla da həm İrəvana, həm də Bakıya təzyiq göstərməyi düşünür. Rusiya XİN rəhbəri Lavrovun münaqişənin həllilə bağlı Donbas və Kosovo variantını təklif etməsi də göstərir ki, Moskva əslində münaqişənin yenidən dondurulmuş vəziyyətə gətirilməsində maraqlıdır. Zaxarova Qarabağ münaqişəsinin qızışdırılmasında Qərbi ittiham etməkdə müəyyən dərəcədə haqlıdır. Fransa və bəzi Avropa strukturkarı həqiqətən də ədalətli deyil, ermənipərəst mövqe sərgiləyirlər.

Onların geosiyasi maraqları tarixi həqiqətləri qəbul etməyə imkan vermir.

Bu baxımdan Rusiya ilə Fransanın Qarabağ məsələsinə münasibətdə mövqeləri ədalətsiz və ermənipərəst mövqe olaraq qalmaqdadır. Əslində Qərblə Rusiya Cənubi Qafqazda bir çox məsələlərdə bilavasitə paslaşırlar”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin