Paşinyanın İSTİ MESAJI – Azərbaycanda necə qarşılanıb?

Hazırda oxunan: Paşinyanın İSTİ MESAJI – Azərbaycanda necə qarşılanıb?

126986

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan vəziyyəti gərginləşdirməkdən çəkinəcək və bir-birinin sərhədlərinə hörmət edəcəkləri barədə razılığa gəliblər. 

O, sülh müqaviləsi məsələsinə də toxunub:

“Mən sizin hamınıza və beynəlxalq ictimaiyyətə belə bir mesaj göndərmək istəyirəm: Sülh müqaviləsi olacaq və o bu günə qədər ən yüksək səviyyədə əldə edilmiş yazılı sənədlər əsasında baş tutacaq”.

Paşinyanın yüksək şəkildə təqdir etdiyi sülh razılaşması nələrdən ibarətdir və Azərbaycan vətəndaşları bu mesajı necə qarşılayıb? 
 

MÖVZU İLƏ BAĞLI:

PAŞİNYAN: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaq”


Mövzu ilə bağlı Bizim.Media-yanın keçirdiyi sorğuda iştirak edən əksər vətəndaşlarımız belə bir vədənin yetişəcəyini gözlədiklərini bildiriblər.

Onlar düşünür ki, 44 günlük müharibədən sonra Azərbaycanın sərgilədiyi sülhpərvər addımlar da buna əsas verirdi:

“Qalib tərəf olsaq da Azərbaycan Prezidenti Ermənistan rəhbərliyini illərdir ki, doğru yola dəvət edirdi. Bizim indi çox üstünlüyümüz var, ancaq xalqımız sülh istəyir və bu məsələdə İlham Əliyevin arxasında möhkəm dayanmışıq. Xoş niyyətlə gələni qapıdan qovan insanlar deyilik. Qoy, sülh olsun, ölkələrimiz inkişaf eləsin, bəsdir hər iki xalq müharibədən yorulub artıq. Amma yenə də bizi aldatmağa cəhd etsələr, prezidentimiz demiş, “Dəmir yumruq yerindədir”.

Politoloq Natiq Miri isə bildirir ki, sülh müqaviləsi beynəlxalq hüquqa uyğun olaraq Azərbaycanın təqdim etdiyi 5 prinsip əsasında həyata keçiriləcək:

“Rəsmi İrəvan bu prinsipləri qəbul etdiyini ötən ildən bəyan edir. Problem Qarabağla bağlı müqaviləyə müəyyən mətnin salınması ilə bağlı idi ki, Azərbaycan özünün daxili məsələsi olduğundan onunla razı deyil. Kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasının hansı şərtlər əsasında həyata keçirilməsinə də İrəvan əngəl törədir. Onlar Bakının təklif etdiyi sərhədlərin müəyyənləşməsi prinsipi və onun sovet xəritələri çərçivəsində həlli variantını qəbul etmir. 

Ermənistan Qərbi Azərbaycandan zorla qovulan 200 min soydaşımızın geri qayıtmasına da hələlik dirəniş göstərir. Həmin zorla qovulan azərbaycanlılar Ermənistanın Azərbaycana Qarabağ iddiası fonunda nəticə olaraq ortaya çıxıb. Müharibədən sonar nəticələr ləğv olunur, Qarabağdan qaçan ermənilər geri qayıdırsa, Ermənistandan qovulanlar da geri qayıtmalıdır”. 

Ekspertə görə, Paşinyanın həmin açıqlamanı verməsinə əslində ABŞ dövlət katibi Blinkenin Bakı və İrəvanla apardığı telefon danışığı səbəb olub:

“Ehtimal etmək olar ki, artıq İrəvan üçüb divar qurtarıb. Sülh regionumuz üçün indi ən yaxşı çıxış yoludur”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin