Rusiya Xarici İşlər Nazirliyi qərbi azərbaycanlıların Ermənistan ərazisinə qaytarılması məsələsinə münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə XİN-in sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında danışıb.
MÖVZU İLƏ BAĞLI:
Rəsmi Moskva Azərbaycan və Ermənistanı danışıqları bərpa etməyə çağırdı - VİDEO
Onun sözlərinə görə, bu mövzuya Bakı və İrəvan arasında dialoq çərçivəsində iki xalqın barışması kontekstində baxılmaldır.
Zaxarova qeyd edib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin əsasını kompleks üçtərəfli razılaşmalar təşkil edir:
“Bu razılaşmalar humanitar problematikanı da əhatə edir. Bu gün üçün Bakı və İrəvanın başlıca vəzifəsi bu razılaşmaların bəndlərinin ardıcıl reallaşdırılmasıdır”.
Bizim.Media