BMT İnsan Hüquqları Şurasının 46 sessiyasında təşkilatın baş katibi rəqəmsal informasiyaların kütləvi toplandığını deyib.
Bizim.Media xəbər verir ki, BMT-nin baş katibi Antoniu Quttereş bunu Covid-19 ilə əlaqələndirib.
MÖVZU İLƏ BAĞLI:
Austin Klayton: Qərəzli mövqeyinə görə ABŞ və İsrail UNESCO-nu tərk etdi
“Pandemiyanın işıqlandırılması narahatlıq doğurur. Çünki bununla rəqəmsal platformaların müdaxiləsi genişlənir və bundan pis məqsədlər üçün istifadə edə bilərlər.
Hər birimiz haqqında böyük informasiya toplanır, lakin biz bu məlıumatların kim tərəfindən və hansı məqsədlərlə yığıldığını bilmirik”.
Quttereşin sözlərinə görə, toplanan məlumatlar kommersiya, reklam, marketinq məqsədləri güdür.
“Bununla yanaşı bizim haqqımızda məlumatlar düşüncə tərzimizi formalaşdırmaq və nəyə necə reaksiya verməyimizi manipulyasiya etmək üçün toplanır.
Hökumətlər bu informasiyalar sayəsində öz vətəndaşlarının davranışlarını idarıə edə bilər. Bununla da həmin insanların hüquqları pozulur”.
BMT baş katibi sonda vurğulayıb ki, sadalananlar XXII əsrin proqnozu deyil, bütün bunlar indi və burda baş verir. Antoniu Quttereş narahat qaldığı mövzunun müzakirəsini vacib sayıb.
Bizim.Media